
AK Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirlərdən Ukraynaya 1 milyard avro ayırır
Avropa Komissiyası cümə axşamı, mayın 8-də Ukraynaya 1 milyard avro məbləğində makromaliyyə yardım kreditinin dördüncü tranşını ayıracağını açıqlayıb.
Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis “Aİ Ukraynanı siyasi, maliyyə, iqtisadi və hərbi baxımdan dəstəkləməyə davam edir” dedi.
Ümumi dəyəri 45 milyard avro olan G7-nin Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təşəbbüsünün bir hissəsi olaraq, Ukraynaya 2025-ci ildə əvvəllər 6 milyard avro verilmişdi. İlin sonuna qədər daha 12,1 milyard avronun ayrılması planlaşdırılır.
Avropa komissarı izah edib ki, sözügedən kreditlər Aİ daxilində “Rusiya dövlətinin immobilizasiya edilmiş aktivlərindən əldə edilən gəlirlər hesabına ödənilməlidir”.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər