Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirilib

Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirilib

14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Rusiya Prezidenti paradı qəbul edib.

Qələbə paradında MDB ölkələri də daxil olmaqla, 13 xarici dövlətin parad heyətləri iştirak edib. Azərbaycanla yanaşı, Qırmızı meydandan təntənəli marşla Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də Vyetnam, Misir, Çin, Laos, Monqolustan və Myanmanın hərbçiləri keçiblər.

Rusiya Prezidenti Vladimir Putin və rəsmi qonaqlar - xarici ölkələrin rəhbərləri “Naməlum əsgər”in məzarını və “Əbədi məşəl” abidəsini də ziyarət ediblər.

Oxuməni.az