
Pakistan Hindistanı atəşkəsi pozmaqda ittiham edir
Şənbə günü Hindistan və Pakistan arasında atəşkəs əldə edilib. Lakin bir neçə saatdan sonra atəşkəs pozulub. Əvvəlcə Nyu-Dehli İslamabadı atəşə tutmaqda ittiham etdi, sonra isə eyni ittihamla Pakistan çıxış edib.. Bu barədə CNN xəbər verir.
Xüsusilə, Pakistan Xarici İşlər Nazirliyi şənbə günü axşam bildirib ki, hər iki tərəfin atəşkəs rejimini pozmaqda ittihamları fonunda bu ölkə Hindistanın günün əvvəlində elan etdiyi atəşkəs sazişinin sədaqətlə yerinə yetirilməsinə sadiq qalır.
Belə ki, Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında konkret təfərrüatlar göstərilmədən “bəzi bölgələrdə” atəşkəs rejiminin pozulması ittihamı yer alıb. O, həmçinin Pakistan silahlı qüvvələrinin vəziyyətə “məsuliyyət və təmkinlə” cavab verdiyini bildirib.
Ölkə atəşkəs rejiminə riayət olunması ilə bağlı hər hansı məsələlərin “uyğun səviyyələrdə” ünsiyyət yolu ilə həll edilməli olduğuna inandığını bildirib. İslamabad qurudakı qoşunları ehtiyatlı olmağa çağırıb.
Ötən gecə baş verən qarşılıqlı zərbələrdən sonra ABŞ prezidenti Donald Tramp şənbə günü günortadan sonra Vaşinqtonun vasitəçiliyi ilə Hindistan və Pakistan arasında atəşkəs əldə olunduğunu bildirib.
“ABŞ-ın vasitəçiliyi ilə uzun gecə davam edən danışıqlardan sonra mən məmnuniyyətlə elan edirəm ki, Hindistan və Pakistan tam və dərhal atəşkəs haqqında razılığa gəliblər”, o, Truth Social-da yazıb.
Əziz Mustafa, Oxuməni.az