
Türkiyə İstanbul danışıqlarının əsas məqsədini açıqlayıb
Rusiya və Ukrayna arasında mayın 16-da İstanbulda keçirilən danışıqlar iki ölkə liderlərinin gələcək görüşünü müəyyənləşdirməlidir. “TASS” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan salamlama nitqində deyib.
"Diqqəti cəlb etmək istəyirəm ki, biz növbəti addımları birlikdə işləyəcəyik. Bu görüş iki ölkə liderlərinin gələcək görüşünü müəyyən edəcək", - diplomat bildirib. O, dövlət başçılarını, yoxsa sözün geniş mənasında ölkə rəhbərliyini nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Eyni zamanda, Fidan əlavə edib ki, Türkiyə Ukraynadakı münaqişənin həlli məsələsində hər zaman “orada olacaq” və onun bitməsində maraqlıdır.
Bundan əvvəl İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında danışıqlar başlayıb. Onlar Türkiyə prezident administrasiyasının Dolmabaxça sarayındakı iş ofisində baş verir. Görüşün Türkiyənin xarici işlər naziri Hakan Fidanın salamı ilə başlayacağı daha əvvəl bildirilmişdi. “Kommersant” xəbər verir ki, jurnalist Yevgeni Popov bildirib ki, salamlama sözlərindən sonra ABŞ və Türkiyə nümayəndələri binanı tərk edəcəklər.
Almaz Həsənli