Zalujnı Kiyevin 2022-ci ildəki sərhədlərini bərpa edə biləcəyinə şübhə edir

Zalujnı Kiyevin 2022-ci ildəki sərhədlərini bərpa edə biləcəyinə şübhə edir

13:37
Bəyəndim (3) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Böyük Britaniyadakı səfiri Valeri Zalujnı “Təhlükəsizliyin ixracı: Ukrayna silahları dünyada” onlayn forumunda Ukraynanın sərhədlərinin 1991 və ya 2022-ci illərdə olduğu vəziyyətə qaytarılmasının mümkünlüyünə şübhələrini bildirib.

"Ümid edirəm ki, burada olanlar arasında sülh gətirəcək və 1991 və ya 2022-ci illərin sərhədlərini qaytaracaq möcüzə və ya "ağ qu quşu"na inananlar yoxdur və bundan sonra böyük xoşbəxtlik gələcək. "Məncə, nə qədər ki, düşmənin resursu, gücü və zərbə vurmaq üçün vasitələri var, bu, çətin ki mümkün ola", - Zalujnı qeyd edib.

Əvvəllər milli qəhrəman kimi qəbul edilən Zalujnı 2024-cü ilin fevralında prezident Vladimir Zelenski ilə fikir ayrılıqları barədə xəbərlər fonunda hakimiyyətdən uzaqlaşdırılıb. İndi diplomatik postda o, xəbərdarlıq edir ki, Ukrayna köhnəlmiş müharibə aparır və məhdud resurslarla onun sağ qalma şansı yüksək texnologiyalara arxalanmaqdadır.

“Reuters”-in sorğularına görə, Zalujnı ölkədə ən populyar fiqurlardan biri olaraq qalır. Beləliklə, onun mesajı müəyyən dərəcədə ukraynalıların müəyyən bir hissəsinin qorxularını əks etdirir: ayaqda qalmaq üçün Ukrayna ağrılı güzəştlərə getməli və ərazisinin 20%-dən imtina etməli ola bilər.

Almaz Həsənli