
SBU Rusiya strateji aviasiyasının üçdə birini məhv edib
Ukrayna unikal xüsusi əməliyyat həyata keçirərək düşmənin strateji aviasiyasının demək olar ki, üçdə birini vurdu. Rusiyanın itkiləri 7 milyard dollardır.
Bu barədə RBC-Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
"7 milyard dollar. Bu, SBU-nun "Veb" xüsusi əməliyyatı nəticəsində vurulan düşmənin strateji aviasiyasının təxmini dəyəridir", - xidmətdən bildirilib.
SBU-nun məlumatına görə, Rusiya Federasiyasının əsas aerodromlarında strateji qanadlı raket daşıyıcılarının 34%-i vurulub.
Xüsusi xidmət əmin edib ki, düşməni Ukrayna torpaqlarından qovmaq üçün hər şeyi edir.
Əziz Mustafa , Oxuməni.az
Digər xəbərlər