ABŞ Ədliyyə Nazirliyi Baydenin bir neçə əfv fərmanının qanuniliyini araşdırır

ABŞ Ədliyyə Nazirliyi Baydenin bir neçə əfv fərmanının qanuniliyini araşdırır

3 İyun 10:28
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ Ədliyyə Nazirliyi keçmiş ABŞ lideri Co Baydenin prezidentliyinin son günlərində ailə üzvlərini və edama məhkum edilmiş məhbusları əfv etmək qərarı ilə bağlı araşdırma aparacaq. Bu barədə iyunun 2-də mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Ədliyyə Departamentinin əfv üzrə vəkili Ed Martin deyib ki, Baydenin səlahiyyətləri istintaq çərçivəsində yoxlanılacaq. Onlar həmçinin keçmiş prezidentdən gizli şəkildə başqa şəxslərin əfv aktlarını imzalamaq imkanının olub-olmadığını müəyyən etməyi planlaşdırırlar.
Nəşr aydınlaşdırıb ki, istintaq edam cəzasına məhkum edilmiş, lakin sonradan onların cəzası ömürlük həbslə dəyişdirilmiş 37 məhbusu əhatə edəcək. Eks-prezidentin hansı ailə üzvlərinin əfv fərmanlarının yoxlanılmasının planlaşdırıldığı da məlum deyil.
ABŞ prezidenti Donald Tramp martın 17-də eks-prezidentin imzaladığı əfv fərmanlarını qüvvədən salıb. O, qeyd edib ki, imza avtomatik cihaz vasitəsilə çoxaldıldığı üçün aktların heç bir hüquqi qüvvəsi yoxdur.
İlin əvvəlində Bayden qardaşları Frensis və Ceymsin, sonuncunun arvadı Saranın, bacısı Valerinin və əri Conun əfv olunduğunu elan edib.
Almaz Həsənli