Zelenski və Vuçiç ikitərəfli danışıqlarda razılığa gəliblər

Zelenski və Vuçiç ikitərəfli danışıqlarda razılığa gəliblər

12 İyun 07:41
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski və Serbiya prezidenti Aleksandr Vuçiç ikitərəfli danışıqlara dair razılığa gəliblər. Onlar ölkələr arasında əməkdaşlığı müzakirə edəcəklər.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç Ukrayna - Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı deyib.

Vuçiçin sözlərinə görə, o, Zelenski ilə bu gün ikitərəfli əməkdaşlıq, Ukraynaya humanitar yardım və bəzi digər məsələləri müzakirə ediblər.

"Mən Serbiya və Ukrayna arasında əməkdaşlığın yeni sahələrini təklif etdim, prezident Zelenski ilə ikitərəfli danışıqları planlaşdırdıq. Düşünürəm ki, iqtisadi dövriyyə ilə bağlı bəzi məsələlərimizi həll edə biləcəyik. və ümid edirəm ki, əməkdaşlığımız inkişaf edəcək", - Serbiya Prezidenti qeyd edib.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandar Vucic tammiqyaslı müharibədən sonra ilk dəfə çərşənbə günü, iyunun 11-də Ukraynaya səfər edib. O, Odessada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edib.

Əziz Mustafa