İnsan alverində təqsirləndirilən qadın Türkiyədən Özbəkistana ekstradisiya edilib

İnsan alverində təqsirləndirilən qadın Türkiyədən Özbəkistana ekstradisiya edilib

12 İyun 08:26
Bəyəndim (2) Bəyənmədim (0)


İnsan alverində təqsirləndirilən Özbəkistan vətəndaşı Türkiyədə saxlanılaraq ekstradisiya edilib. Qızları xaricə aparıb, sənədlərini götürüb və fahişəliyə məcbur edib.
İnsan alverinə görə axtarışda olan Özbəkistan vətəndaşı İstanbuldan Daşkəndə ekstradisiya edilib, bu barədə İnterpolun Özbəkistan üzrə Milli Mərkəzi Bürosunun mətbuat xidməti məlumat yayıb.

Qadın böyük qazanc bəhanəsi ilə qızları Türkiyəyə aparıb, pasportlarını alaraq fahişəliyə məcbur edib.

O, uzun müddət qaldığı ölkədə gizlənib və İnterpolun Daşkənd və Ankara bürolarının birgə səyi nəticəsində onun yerini müəyyənləşdirmək və həbs etmək mümkün olub. Qadın istintaq hərəkətləri üçün Özbəkistana gətirilib.

May ayında insan alveri ilə bağlı cinayətlərə görə cəza artırılıb. İndi maksimum müddət 10 ilədək, zərərçəkmişin ölümü halında isə 15 ilədək həbs cəzası nəzərdə tutulur.
Əziz Mustafa