Aİ ölkələri 1,5 milyard avro müdafiə fondu yaratmaq barədə razılıq əldə ediblər

Aİ ölkələri 1,5 milyard avro müdafiə fondu yaratmaq barədə razılıq əldə ediblər

15:11
Bəyəndim (2) Bəyənmədim (0)


Avropa İttifaqı ölkələri 1,5 milyard avro dəyərində müdafiə layihələrinin maliyyələşdirilməsi proqramını təsdiqləyib. Bu barədə diplomatik mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, komponentlərin ən azı 65%-i Aİ və ya tərəfdaş ölkələrdən alınmalıdır. İstisnalar kritik texnologiyalar üçün nəzərdə tutulub. Yekun təsdiqin bazar ertəsi gözlənilir.

Məhdudiyyətlərin tənqidinə baxmayaraq, razılaşma əldə olunub. Bəzi ölkələr "Avropa al" qaydalarının çox sərt olmasından şikayətləniblər". Fond yenidən silahlanma proqramının birinci mərhələsi olacaq. Rəsmilər bu məbləği “təvazökar” adlandırsalar da, əlavə maliyyələşməni də istisna etmirlər.

İyunun 4-də Politico, Avropa İttifaqının COVID-19-a cavab fondundan ittifaqa üzv ölkələrin silahlı qüvvələrinin yenidən silahlanması və genişləndirilməsinə 335 milyard avro ayıracağını bildirdi. İlkin olaraq, xərclənməmiş vəsaitlərin iqlim proqramlarının və rəqəmsal texnologiyaların maliyyələşdirilməsinə sərf ediləcəyi güman edilirdi. Lakin sonradan pulun müdafiə layihələrinin maliyyələşdirilməsinə ayrılması qərara alınıb.

Əziz Mustafa