İran İsrailə qarşı hücumlarda ilk dəfə “Sejil” raketlərindən istifadə edib

İran İsrailə qarşı hücumlarda ilk dəfə “Sejil” raketlərindən istifadə edib

11:28
Bəyəndim (2) Bəyənmədim (0)

İran çərşənbə günü İsrailə qarşı hücumda orta mənzilli ağır ballistik raketdən (MRBM) istifadə edib. “RİA Novosti” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Sejil” ballistik raketlər ailəsinə 2008-2009-cu illərdə hazırlanmış bir neçə məhsul daxildir. “Sejil-2” modifikasiyasının uçuş məsafəsi 2500 kilometrdir. Əsas versiyadan uçuşun ilkin mərhələsində artan dəqiqliyi və sürətinin artması ilə fərqlənir. Raketin döyüş başlığının kütləsi 500-1500 kiloqram ola bilər.
Atış çəkisi 38 ton olan “Sejil-3” raketinin yaradılması barədə də məlumatlar var idi. Üç mərhələli MRBM-nin uçuş məsafəsinin 4000 kilometr olduğu güman edilir.
İyunun əvvəlində İranın İsrailin hədəflərinə cavab zərbələri endirmək üçün “Emad”, “Qədr” və “Xeybar Şekan” ballistik raketlərindən istifadə etdiyi bildirilirdi.

Almaz Həsənli