
Kipr, vətəndaşların Yaxın Şərqdən təxliyyə edilməsi üçün iki ölkədən kömək istəyib
Xarici işlər naziri Konstantinos Kombos iki Avropa ölkəsinin vətəndaşlarının Yaxın Şərqdən təxliyəsi üçün yardım tələb edildiyini bildirib. Onun ölkəsi İsrail və İran arasında gərginliyin artması fonunda Portuqaliya və Slovakiya vətəndaşları üçün müvafiq müraciətlər alıb. Bu barədə Reuters agentliyi xəbər verir.
"İki aktiv sorğu var. Aydındır ki, bu, öz vətəndaşlarının avtomobil yolu ilə qonşu ölkələrə daxil olmasından çox asılıdır", - Kombos bildirib.
Bundan əvvəl Kipr zərurət yaranarsa, Yaxın Şərqdən üçüncü ölkə vətəndaşlarının təxliyyəsinə yardım mexanizmini işə salmışdı.
Kiprin “Hermes Airports” şirkətinin məlumatına görə, əksər aviadaşıyıcıların İsraillə hava nəqliyyatını dayandırmasından sonra bölgədən onlarla reys Larnaka və Pafos hava limanlarına yönləndirilib.
Bu, İran raketlərinin İsrail şəhərlərindəki yaşayış məntəqələrini vurması fonunda baş verib. Hazırda bir çox əcnəbi ölkəni tərk etmək üçün fürsət axtarır. Məsələn, ölkənin İsraildəki səfirinin sözlərinə görə, 28 Xorvatiya vətəndaşı evakuasiya etmək istəyini bildirib.
Əziz Mustafa