Avropa İranla Cenevrədə nüvə danışıqları aparacaq

Avropa İranla Cenevrədə nüvə danışıqları aparacaq

11:12
Bəyəndim (2) Bəyənmədim (0)

Avropanın yüksək səviyyəli diplomatları cümə günü, iyunun 20-də Cenevrədə İranla nüvə danışıqları aparacaqlar. Bu barədə Reuters” xəbər verir.

Almaniyanın diplomatik mənbəsi Reuters agentliyinə bildirib ki, Almaniya, Fransa, Britaniya xarici işlər nazirləri və Aİ-nin baş diplomatı cümə günü Cenevrədə iranlı həmkarları ilə nüvə müzakirələri aparacaqlar.

Agentliyin həmsöhbətinin sözlərinə görə, nazirlər Almaniyanın Cenevrədəki konsulluğunda əvvəlcə Aİ-nin baş diplomatı Kaja Kallas ilə görüşəcək, daha sonra İranın xarici işlər naziri ilə birgə görüş keçirəcəklər.

ABŞ İranla nüvə sazişi bağlaya bilməyib. Proses uzandığına görə İsrail İran ərazisinə zərbələr endirməyə başlayıb.

Həmçinin bildirilib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ-ın vitse-prezidenti J.D.Vens bu həftə iranlılarla nüvə sazişini müzakirə edə bilərlər. Əgər Vens və Witkoff iranlılarla görüşsələr, onların həmsöhbəti çox güman ki, İranın xarici işlər naziri Abbas Əraqçi olacaq.

Əziz Mustafa