
Avstraliya limanlarını rus tankerləri üçün bağlayıb
Avstraliya Rusiyanın beynəlxalq sanksiyalardan yayınaraq neft satmaq üçün istifadə etdiyi “kölgə donanmasının” 60 neft tankerinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Telegram-da Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
"Avstraliya Rusiya hərbi maşınına qarşı ən böyük sanksiya qərarlarından birini qəbul etdi - neft sanksiyalarından yan keçmək və təcavüzü maliyyələşdirmək üçün istifadə edilən "tanker donanmasının" 60 gəmisi məhdudiyyətlər altına düşüb", - Yermak qeyd edib.
Qeyd olunur ki, məhdudiyyətlər gəmilərin limanlara çıxışı, onların sığortası və texniki xidmətinə aid olacaq.
Onun sözlərinə görə, Avstraliya artıq 1400-dən çox sanksiya tətbiq edib və bu paket Kremlə təzyiq siyasətinin davamıdır. Prezident Aparatının rəhbəri onu da qeyd edib ki, bu, Avstraliyanın Rusiyanın “kölgə donanması”na qarşı ilk sanksiya zərbəsidir.
UNİAN-ın yazdığı kimi, Rusiya Yunanıstan yaxınlığındakı açıq dənizdə neftin qeyri-qanuni daşınması həyata keçirir ki, bu da ətraf mühit üçün böyük təhlükə yaradır.
Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, bu, xüsusilə “kölgə donanması”nın köhnə gəmilərinin texniki vəziyyəti və sığortanın olmaması səbəbindən ekoloji təhlükəsizliyə ciddi təhdidlər yaradır ki, bu da Avropa İttifaqı sahillərində irimiqyaslı qəzalara və ekoloji fəlakətlərə səbəb ola bilər.
Əziz Mustafa, Oxuməni.az