Vətən müharıbəsi şəhidi Alı Həsənliyə həsr olunmuş film nümayiş olunacaq

Vətən müharıbəsi şəhidi Alı Həsənliyə həsr olunmuş film nümayiş olunacaq

15:08
Bəyəndim (11) Bəyənmədim (0)

Sabah,iyun ayının 19-da, saat 16.00-da “Nizami” kinoteatrında (Kino Mərkəzi) Vətən müharıbəsi şəhidi Alı Nofəl oğlu Həsənliyə həsr olunmuş, Bəhruz Vaqifoğlunun rejissorluğu ilə çəkilmiş “Hər şey yaxşı olacaq,hər sonda bir ümid var” bədii-sənədli film nümayiş olunacaq.

44 günlük İkinci Qarabağ müharıbəsinin qəhrəmanlarından biri, şəhidlik zirvəsinə ucalmış Alı Nofəl oğlu Həsənlinin həyatına həsr olunmuş bu film, onun döyüş meydanındakı qəhrəmanlıq anlarını, cəsarətini və fədakarlığını bədii-sənədli üslubda canlandırır. Alının həyat hekayəsi, döyüşlərdəki şücaət və şəhidlikdən sonra yaxınlarının onun xatirəsi ilə yaşamaq uğrunda verdiyi mübarizə filmin əsasını təşkil edir. Onun adının əbədiləşdirilməsi, doğmalarının həsrət və qürurla dolu həyatları emosional və təsirli səhnələrlə tamaşaçıya çatdırılır. Bu film,bir şəhidin ölməz xatirəsinə və Vətən uğrunda canından keşmiş qəhrəmanın mirasına hörmət rəmzidir.

Xatırladaq ki, film “Nizami” kinoteatrında nümayiş olunacaq. Ünvan-Bakı şəhəri, Bülbül prospekti 20.

Filmə giriş pulsuzdur. Hər kəs dəvət olunur!

Almaz Həsənli, Oxuməni.az