Ermənistanın baş naziri Paşinyan İstanbula tarixi səfər edəcək

Ermənistanın baş naziri Paşinyan İstanbula tarixi səfər edəcək

12:26
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyə Ermənistanın baş naziri Nikol Paşinyanın 2025-ci il iyunun 20-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi İstanbula işgüzar səfərini rəsmən təsdiqləyib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan daha əvvəl qarşıdan gələn səfəri tarixi adlandırıb. "Hesab edirəm ki, bu səfər tarixidir. Çünki Ermənistan lideri ilk dəfə belə səviyyədə səfər edəcək", - Simonyan parlamentdə jurnalistlərə bildirib.
Erməni rəsmisi səfəri hökumətin İran-İsrail gərginliyi ilə bağlı riskləri neytrallaşdırmaq cəhdləri ilə əlaqələndirib. O, regionda gərginliyin artması fonunda qarşıdan gələn görüşün əhəmiyyətini vurğulayıb.
Simonyan səfərin statusunu dəqiq müəyyən etməkdə çətinlik çəkdi - rəsmi və ya iş, lakin bunu ikitərəfli kimi qiymətləndirdi. Spiker görüşün təfərrüatları və proqramını açıqlamayıb, Ermənistan baş nazirinin mətbuat xidməti ilə əlaqə saxlamağı təklif edib.
Səfər Türkiyə prezidentinin dəvəti ilə baş tutacaq və bu səviyyəli erməni liderinin Türkiyəyə ilk səfəri olacaq.

Almaz Həsənli