Hollandiya Ukraynaya 175 milyon avroluq yeni hərbi yardım paketi verəcək

Hollandiya Ukraynaya 175 milyon avroluq yeni hərbi yardım paketi verəcək

24 İyun 15:12
Bəyəndim (2) Bəyənmədim (0)


Hollandiya hakimiyyəti Ukraynaya 175 milyon avro dəyərində hərbi dəstək verəcək. Bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat verib.

O, X sosial şəbəkəsindəki hesabında “Ukraynaya yeni dəstək paketi elan edirəm ki, bura radar sistemləri və pilotsuz uçuş aparatları daxil olacaq”.

Cənab Brekelmans həmçinin Ukrayna şirkətləri ilə təqribən 500 milyon avro dəyərində 600 min pilotsuz uçan aparatın istehsalı üçün müqavilələrin imzalandığını açıqlayıb.

Bundan əvvəl hollandiyalı nazir 24 ədəd F-16 qırıcısının Ukraynaya təhvil verildiyini açıqlamışdı. Onun sözlərinə görə, Hollandiya təkcə avadanlıqların tədarükü ilə deyil, həm də ukraynalı pilotların hazırlanması ilə məşğuldur. Baş nazir Dik Şof 2026-cı ildə Ukraynaya dəstək üçün 3,5 milyard avro ehtiyat yaratmaq planlarından danışıb.

Əziz Mustafa