Rusiya İlon Maska Uzaq Şərqdə torpaq təklif etməyə hazırdır

Rusiya İlon Maska Uzaq Şərqdə torpaq təklif etməyə hazırdır

11:44
Bəyəndim (4) Bəyənmədim (0)

Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiyalar Komitəsinin sədr müavini Andrey Svintsov “Qovorit Moskva” (Danışır Moskva) radiostansiyasına verdiyi şərhdə amerikalı sahibkar İlon Maska Rusiya vətəndaşlığını almağı təklif edib.
"Biz onların hamısını öz texnologiyaları ilə, öz pulları ilə dəvət edirik. Biz hamıya Uzaq Şərqdə və ya lazım bildiyiniz yerdə bir hektar verəcəyik. Gəlin Rusiya vətəndaşı olun", - deputat istədiyi prosesi təsvir edib.
Bundan əvvəl Dövlət Dumasının sədr müavini Vladislav Davankov bildirmişdi ki, Rusiya Xarici İşlər Nazirliyi Maska ölkədə siyasi sığınacaq verilməsi ilə bağlı sorğu alıb. Bu sözlər “Tesla” və “SpaceX”-in rəhbərinin sonuncunun bir sıra qərarlarını kəskin tənqid etməsindən sonra sahibkarla ABŞ prezidenti Donald Tramp arasında münaqişə fonunda səsləndirilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məsələ ilə bağlı məlumatı olmadığını və Maskın sorğusunu təsdiq edə bilməyəcəyini bildirib.

Almaz Həsənli