Peskov Xamneyinin prezident Putinə məktubu ilə bağlı məlumatı təsdiqləməyib

Peskov Xamneyinin prezident Putinə məktubu ilə bağlı məlumatı təsdiqləməyib

14:46
Bəyəndim (3) Bəyənmədim (0)


“Reuters”in İranın ali dini lideri Əli Xamneyinin xarici işlər naziri Abbas Əraqçi vasitəsilə Rusiya prezidenti Vladimir Putinə məktubu çatdırması barədə məlumatı həqiqətə uyğun deyil. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov "Kommersant"ın sualını cavablandırıb: "Bilirsiniz, heç bir yazılı sənəd yox idi. İran rəhbərliyindən müəyyən, deyək ki, mesajlar var idi, bəli, bu doğrudur. Amma mahiyyət etibarı ilə bu Reuters xəbəri doğru deyil".

Abbas Əraqçi ilə Vladimir Putin arasında danışıqlar iyunun 23-də Kremldə baş tutub. “Reuters” mənbələrinin məlumatına görə, iranlı nazir Rusiya prezidentinə İranın ali dini lideri Əli Xamneyidən İsrail və ABŞ ilə qarşıdurmada dəstəyin artırılmasını xahiş edən mesajı çatdırmalı idi. Agentlik hansı dəstəyin müzakirə olunduğunu dəqiqləşdirməyib. Dmitri Peskov deyib ki, Rusiyanın İran-İsrail münaqişəsində İrana hərbi və digər yardımlar göstərməyə hazır olması İran tərəfinin Moskvadan hansı xahişindən asılı olacaq.
Almaz Həsənli