Paşinyan cinsiyyət orqanını göstərmək üçün erməni kilsəsinin rəhbərini öz yanına dəvət edib

Paşinyan cinsiyyət orqanını göstərmək üçün erməni kilsəsinin rəhbərini öz yanına dəvət edib

24 İyun 15:46
Bəyəndim (5) Bəyənmədim (0)


Paşinyan öz cinsiyyət orqanını göstərmək üçün Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri II Qaregini öz yanına dəvət edib. Oxuməni.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə respublika hökumətinin başçısı özünün Telegram kanalında yazıb.

"Ktrij Nersisyanın (II Qareginin dünyəvi adı - "Oxuməni.az"-ın qeydi) nümayəndəsi bəyanat verdi ki, guya mən sünnət olunmuşam. Mən Ktrij Nersisyanı və onun nümayəndəsini qəbul edib bunun əksini sübut etməyə hazıram", - Ermənistanın baş naziri yazıb.

Paşinyan bir daha EAK rəhbərindən subaylıq ayinini pozub-pozmadığını sübut etməyi xahiş edib.

Nikol Paşinyanla EAK arasında ictimai münaqişə bu ilin may ayından davam edir. Baş nazir bunu onunla izah edib ki, erməni kilsəsində qanunlara zidd olan əmlak və vəzifə vərəsəliyi sistemi hazırlanır.
Almaz Həsənli