
Tramp İran və İsraili atəşkəsi pozmaqda ittiham edib
ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəsi pozduğunu bildirib. O, hər iki ölkədən, “xüsusilə də İsraildən” narazı olduğunu vurğulayıb. Onun sözlərini “Reuters” agentliyi yayıb.
NATO-nun Haaqa sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Tramp deyib ki, İsrail razılaşma ilə razılaşdıqdan dərhal sonra “boşalıb”. "İsrail. Bombalarınızı yerə atmayın. Əgər atsanız, bu, ciddi pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın!" Tramp daha sonra özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Amerika lideri iyunun 24-nə keçən gecə İsrail və İranın "tam və hərtərəfli atəşkəs" barədə razılığa gəldiyini açıqlayıb. O, atəşi ilk olaraq İranın, ardınca isə 12 saat sonra İsrailin dayandırmalı olduğunu bildirib. Tramp həmçinin atəşkəsin “əbədi” davam edəcəyinə əminliyini ifadə edib və tərəflərdən onu pozmamağı xahiş edib. Daha sonra İsrail və İranda atəşkəs təsdiqlənib.
Almaz Həsənli