Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini elan edib

Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini elan edib

10:07
Bəyəndim (4) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp Ağ Evin (ABŞ prezidentinin rəsmi iqamətgahı) ərazisində qarışıq döyüş növləri üzrə UFC döyüşünün keçiriləcəyini açıqlayıb.
"Kimsə UFC izləyir? Bizdə UFC döyüşü olacaq. UFC döyüşü keçirəcəyik – təsəvvür edin – düz Ağ Evin ərazisində. Orada çoxlu torpağımız var," – deyə Tramp Ayova ştatında mitinqdə çıxışı zamanı bildirib. Bu barədə “Fox News” xəbər verir.
Onun sözlərinə görə, bu, 20-25 min tamaşaçı gözlənilən çempionluq titulu uğrunda “tam döyüşdür”.
Tramp döyüşün dəqiq nə vaxt baş verə biləcəyini və kimin iştirak edəcəyini açıqlamayıb. Ağ Evin mətbuat –pulunun jurnalistləri ABŞ administrasiyasının mətbuat katibi Kerolayn Livittin Trampın "tamamilə ciddi" olduğunu izah edən sözlərindən sitat gətirirlər.
Siyasətçi onu da bildirib ki, təklif olunan döyüş çempionluq döyüşü olacaq və 2026-cı ildə ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümünün qeyd olunmasının tərkib hissəsinə çevriləcək.
Almaz Həsənli