
Çar Rusiyasının vəhşilikləri... - ŞOK OLACAQSINIZ!
Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev çar Rusiyasının çərkəzlərə qarşı törətdiyi soyqırımı haqqında araşdırma aparıblar.
Oxuməni.az xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev Modern.az-a açıqlamalarında bildiriblər:
“Çar Rusiyası XIX əsrdə çərkəzlərə qarşı amansız soyqırımı törədib. Çərkəzlərə qarşı planlı qətliamlar XIX əsrin əvvəllərində başlayıb, XIX əsrin 60-70-ci illərində isə sağ qalanlar Osmanlı imperiyasına sürgün edilib.
Vikipediyada yayılan məlumatlara görə, bu soyqırımının törədilməsində çar Rusiyasının generalı Qriqori Zass (rusca: Григорий Христофорович Засс) xüsusi rol oynayıb. O, çərkəzləri məhv etmək üçün bu üsullardan istifadə edib: diri-diri yandırmaq, kəllə toplamaq, başları nizəyə taxmaq, uşaqları diri-diri basdırmaq, kəndləri yandırmaq, xəstəlik yaymaq və kütləvi təcavüz.
İndiyədək aparılan araşdırmalara görə, bu qətliamlarda 1,5 milyonadək çərkəz məhv edilib”.
Oxuməni.az