Dohada Qəzza üzrə dolayı danışıqların birinci raundu nəticəsiz başa çatıb

Dohada Qəzza üzrə dolayı danışıqların birinci raundu nəticəsiz başa çatıb

10:19
Bəyəndim (3) Bəyənmədim (0)


Qətərdə Qəzza ilə bağlı danışıqların yeni mərhələsi başlayıb. Bu barədə “Al Araby” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında dolayı danışıqlar əmirliyin paytaxtı Dohada keçirilir.
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı dolayı danışıqların birinci mərhələsi razılıq əldə olunmadan başa çatıb. Bu barədə “Sky News Arabia” telekanalı müzakirələrlə tanış olan Fələstin nümayəndələrinə istinadən məlumat yayıb.
İyunun 6-da axşam saatlarında Dohada İsrail və HƏMAS-ın nümayəndə heyətlərinin iştirakı ilə məsləhətləşmələr başlayıb. Telekanalın mənbələri qeyd edib ki, tərəflər atəşkəsin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. Onların fikrincə, İsrail nümayəndə heyətinin Fələstin hərəkatı ilə müqavilə bağlamaq səlahiyyəti olmayıb.
Bundan əvvəl, iyulun 4-də Həmas vasitəçilərə 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan planı təsdiqləyib. Plan həmçinin atəşkəs qüvvəyə mindikdən sonra münaqişənin tam dayandırılması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə bağlı danışıqlara başlanılmasını nəzərdə tutur.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın iyulun 7-də Qəzza zolağında atəşkəs elan edə biləcəyi bildirilirdi.
Almaz Həsənli