İsrail Qəzzaya humanitar yardımı artırmasının səbəbini açıqlayıb

İsrail Qəzzaya humanitar yardımı artırmasının səbəbini açıqlayıb

08:38
Bəyəndim (4) Bəyənmədim (0)

İsrail Avropa sanksiyalarından yayınmaq üçün Qəzzaya humanitar yardımı qismən artırmaq qərarına gəlib.

Bunu İsrailin energetika naziri Eli Koen bildirib. Onun sözlərinə görə, HƏMAS qrupu elə vəziyyətə nail olmaq istəyir ki, beynəlxalq aləmdə qərarlar İsrailin əleyhinə olsun.

“HƏMAS müharibəni bitirmək və davam etdirmək məqsədinə nail olmaq üçün qarşı beynəlxalq arenada qərarların veriləcəyi vəziyyətə nail olmaq istəyir”, – Koen Kan kanalında deyib.

O əlavə edib ki, İsrail “bu tələyə düşməyib”.

Bundan əlavə, Koen “XİN-in Avropadakı həmkarları ilə görüşlər keçirdiyini” və Aİ-nin İsrailə qarşı sanksiyalarının qarşısını almaq üçün Qəzzaya yardımın artırılması, o cümlədən yeni su kəmərinin tikintisinə razılıq verilməsi barədə qərar qəbul edildiyini bildirib.

Əziz Mustafa