Estoniya Xarici İşlər Nazirliyi dəniz sərhədlərinin pozulmasına görə Rusiyaya etiraz edib

Estoniya Xarici İşlər Nazirliyi dəniz sərhədlərinin pozulmasına görə Rusiyaya etiraz edib

11:11
Bəyəndim (5) Bəyənmədim (0)

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini dəniz sərhədlərinin pozulması ilə bağlı etiraz etmək və rəsmi nota vermək üçün çağırıb. Estoniya Xarici İşlər Nazirliyinin saytında yayılan press-relizdə deyilir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi də məlumat verib.

Nazirlikdən verilən məlumata görə, Rusiyaya məxsus “SOÇİ 500” gəmisi ölkə ərazisini keçib. O, icazəsiz sərhədi keçib və Estoniyanın ərazi sularına daxil olub. İyulun 26-da gəmi səhər saatlarında sərhəddən yarım kilometr aralıda görüntülənib.

"Rusiyanın Estoniyanın dəniz sərhədini pozması ciddi və qəbuledilməz hadisədir. Bu mesaj Rusiya Federasiyasının müvəqqəti işlər vəkilinə də çatdırılıb", - XİN rəhbəri Marqus Tsahkna bildirib.

Əziz Mustafa