Kreml Putinin Paşinyanla söhbətinin təfərrüatlarını açıqlayıb

Kreml Putinin Paşinyanla söhbətinin təfərrüatlarını açıqlayıb

15:56
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Siyasətçilərin söhbətinin təfərrüatlarını Kremlin mətbuat xidməti açıqlayıb.

Qeyd olunur ki, Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ və Azərbaycan prezidentləri Donald Tramp və İlham Əliyevlə görüşün nəticələri barədə danışıb.Vladimir Putin Moskvanın İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına yardım etməyə hazır olduğunu təsdiqləyib.

"Vladimir Putin öz növbəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla söhbətin əsas nəticələri və Donald Trampla Alyaskada keçiriləcək görüşə hazırlıq barədə danışıb. Ermənistanın baş naziri Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına yönəlmiş addımları alqışlayıb", - Kremlin məlumatında deyilir.

Almaz Həsənli