
Ukrayna Rusiya ilə hava atəşkəsi müzakirə etməyə hazır olduğunu bəyan edib
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Ukrayna tərəfi Rusiya ilə hava atəşkəsi məsələsini müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, hava zərbələrindən imtina effektiv sülh danışıqları üçün əsas ola bilər.
"Rusiya çətin ki, strateji aviasiyadan və pilotsuz təyyarələrin kütləvi istifadəsindən imtina etsin. Bununla belə, Ukrayna bu ssenarini müzakirə etməyə hazırdır, onu nəzərdən keçirir və real danışıqlarda mövqelərə nail olmaq üçün ilkin mərhələ kimi dəyərləndirir", - Mikhail Podolyak İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində deyib.
Yazda Kiyev və Vaşinqton Ukraynada qismən atəşkəs variantını müzakirə ediblər ki, bu da pilotsuz təyyarələrin zərbələri və uzaqmənzilli raketlərə qadağa qoyulması, eləcə də Qara dənizdə hərbi əməliyyatların keçirilməsindən imtinanı nəzərdə tutur.
Almaz Həsənli