Alyaska danışıqları "problemi həll etməsə" ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Alyaska danışıqları "problemi həll etməsə" ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

10:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp avqustun 15-də Rusiya diktatoru Vladimir Putinlə görüşündə Ukraynada müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmasa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bu barədə CNN Trampın mətbuata çıxışına istinadən məlumat yayıb.

Trampdan soruşublar ki, əgər Putin hörmətsizlik etsə, Rusiyaya qarşı daha da böyük sanksiyalar tətbiq edəcəkmi?

"Əlbəttə, problem həll olunmasa. belə bir addım atılacaq. Baxın, bu, müharibədir, mən müdaxilə etməsəydim, III Dünya Müharibəsi ola bilərdi, sizə deyirəm. Baydenin nə baş verdiyindən xəbəri yox idi", - ABŞ prezidenti cavab verib.

O, əlavə edib ki, Ukraynada vəziyyət çox pisləşir və o, “ən azı, vəziyyəti xeyli sakitləşdirib”.

"Düşünürəm ki, mənimlə razılaşacaqsınız. Bunu xeyli sakitləşdirdiniz. Amma onlar hələ də həftədə minlərlə əsgər itirirlər və biz bu problemi həll etməliyik", - Tramp qeyd edib.

Əziz Mustafa