İsveçrəli iş adamları Trampa "Rolex" saatı və qızıl külçə hədiyyə ediblər
Ötən həftə ABŞ prezidenti Donald Trampla görüşən İsveçrəli iş adamları gömrük rüsumlarında 39 faiz endirim əldə etmək ümidi ilə ona "Rolex" saatı və fərdiləşdirilmiş qızıl külçə hədiyyə ediblər. Bu barədə "Blick" xəbər verir.
Ötən çərşənbə axşamı altı İsveçrəli milyarder Trampla görüşmək üçün Vaşinqtona səfər edib. Nümayəndə heyətinə Aralıq dənizi Gəmiçilik Şirkəti (MSC), investisiya firması "Partners Group", neft və qaz treyderi "Mercuria", lüks saat istehsalçısı "Rolex", qiymətli metallar şirkəti MKS Pamp və lüks brend evi "Richemont" (Cartier, Montblanc, Piaget və digərləri) kimi şirkətlərin rəhbərləri daxil idi.
KİV-in məlumatına görə, "İsveçrəli sahibkarlar Trampı hədiyyələrlə qarşılayıblar. Ona "Rolex" saatı və fərdiləşdirilmiş qızıl külçə hədiyyə ediblər".
İcra başçılarının Amerika əczaçılıq və infrastrukturuna investisiya qoymağı, Amerika aviasiya sənayesindən alış-verişləri artırmağı və qızıl əritmə əməliyyatlarını 12-24 ay ərzində ABŞ-a köçürməyi təklif etdikləri bildirilir.
Nəşrin məlumatına görə, İsveçrə ABŞ-ın idxalına tətbiq etdiyi 39% tariflərin yenidən nəzərdən keçirilməsinə yaxın ola bilər. Qəzet ticarət çıxılmazlığını həll etmək üçün niyyət məktubunun yaxın bir neçə həftə ərzində imzalanacağı gözlənilir.
Əziz Mustafa

















































































