Bir qrup özbək yüksək maaşlı aşpazlıq işlərində işləmək üçün Yaponiyaya göndəriləcək
Yaponiyanın Onodera User Run şirkəti Xarici Əmək Miqrasiyası Agentliyinin Beynəlxalq Dillər və Bacarıqlar Məktəbində Özbəkistanda kulinariya və yapon dili təlim kursları açıb. Bu barədə Podrobno.uz Xəbər Agentliyi məlumat yayıb.
Agentliyin direktoru Behzod Musayev dərslərdə iştirak edib və iştirakçılarla səmimi bir atmosferdə ünsiyyət qurub.
Layihə bu ilin may ayında Özbəkistan nümayəndə heyətinin Yaponiyaya səfəri zamanı əldə edilən razılaşmalar çərçivəsində həyata keçirilir. Tərəflər müxtəlif sahələrdə ixtisaslı mütəxəssislərin hazırlanması və sonradan Yaponiyada yüksək maaşlı işlərdə işlə təmin olunması barədə razılığa gəliblər.
Birinci mərhələ kulinariya sənəti kurslarının təşkili idi. İyun ayında elan edilən müsabiqəyə 1200 nəfər müraciət edib, onlardan 40 nəfər seçilib və təlimə başlayıb.
Altı-səkkiz ay ərzində onlar yapon dili və kulinariya sirlərini öyrənəcəklər. Kursu bitirdikdən sonra məzunlar gələn ilin may ayından etibarən Yaponiyada işləməyə başlaya biləcəklər.
Əziz MUSTAFA

















































































