Məhkəmə milyarder Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb

Məhkəmə milyarder Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb

12:41
Bəyəndim (2) Bəyənmədim (0)


Məhkəmə konstitusiya quruluşunun devrilməsinə çağırış etməkdə ittiham olunan iş adamı Samvel Karapetyanın həbs müddətini daha iki ay uzadıb. Bu barədə “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, onun vəkili Aram Vardevanyan məlumat verib.
İyunun 18-də Yerevan məhkəməsi Karapetyanı hakimiyyəti ələ keçirməyə çağırış etmək ittihamı ilə həbs edib. Oktyabrın 13-də Karapetyanın ittihamlarına vəzifəli və ya rəsmi səlahiyyətlərdən və ya onlara əsaslanan təsirdən istifadə edərək külli miqdarda çirkli pulların yuyulması ittihamları əlavə edilib.
İş adamının məhkəməyəqədərki həbs müddəti 18 noyabrda başa çatmalı idi. Noyabrın 13-də Ermənistan İstintaq Komitəsi onun həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb.
Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan iyun ayında ruhanilərlə hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra həbs edilib. Karapetyan özü hökumətin hərəkətlərini siyasi təzyiq kimi qiymətləndirərək ittihamları rədd edib. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri ilə yeni ittihamlar irəli sürülüb: "səlahiyyət və ya vəzifə səlahiyyətlərindən və ya onlara əsaslanan təsirdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması".
Almaz Həsənli