ABŞ-da Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb
Providens (Rod-Aylend ştatı, ABŞ) şəhərindəki Braun Universitetində baş vermiş atışmada şübhəli bilinən şəxs saxlanılıb və nəzarət altındadır.
Oxuməni.az “Gazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qərb KİV-ləri həmin şəxsi Viskonsin ştatında yaşamış 24 yaşlı ABŞ ordusunun veteranı Benjamin Erikson kimi təqdim edib. Hərbi rəsmilər jurnalistlərə bildiriblər ki, Benjamin U. Erikson adlı şəxs 2021-ci ilin may ayından 2024-cü ilin noyabr ayına qədər ABŞ ordusunda piyada kimi xidmət edib, ordudan mütəxəssis rütbəsi ilə tərxis olunub və heç vaxt döyüş zonasına göndərilməyib. Lakin mənbə, bu vətəndaşın universitetdəki atışma işi üzrə saxlanılan şəxs olub-olmadığını təsdiqləyə bilməyib.
Providens polisinin rəisi Oskar Peres mətbuat konfransında bildirib ki, saxlanılan şəxs təxminən 20 yaşındadır. O, əlavə məlumat verməkdən imtina edib.
Təhsil müəssisəsindəki atışma dekabrın 13-də baş verib. Hücum nəticəsində iki nəfər həyatını itirib, doqquz nəfər isə yaralanıb. Qurbanların demək olar ki, hamısı universitet tələbələridir. Jurnalistlərin məlumatına görə, yaralılardan yeddisi ağır vəziyyətdədir. Cinayəti törətdikdən sonra cinayətkar qaçıb və axtarışda olub.
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)



























































