The Guardian: Əsəd Rublyovkada rus dili və oftalmologiya təhsili alır
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rublyovkada yaşayır və orada oftalmologiya və rus dilini öyrənir. Bu barədə “The Guardian” mənbələrə istinadən məlumat verib.
Siyasətçinin dostunun sözlərinə görə, Əsəd hazırda fəal şəkildə tibb və rus dili ilə məşğul olur. O, əlavə edib ki, keçmiş liderin "açıq-aşkar pula ehtiyacı yoxdur" və oftalmologiya onun "uzunmüddətli ehtirası"dır.
İlkin məlumatlara görə, siyasətçi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin qonşuluğunda yaşayır. Əsəd sakit həyat tərzi sürür.
Məqalədə aydınlaşdırılıb ki, həyat yoldaşı fitneslə məşğul olur, alış-veriş etməyə vaxt ayırır və gözəllik salonlarına gedir.
Ötən ilin dekabrın 10-da Suriya müxalifəti Suriya Milli Müdafiə Qüvvələrinin rəhbəri olan devrilmiş prezidentin əmisi oğlu Süleyman Əsədi açıq şəkildə edam edib.
Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində Əsədə və ailəsinə sığınacaq vermək qərarının Rusiya prezidenti Vladimir Putin tərəfindən verildiyini bildirib.
Almaz Həsənli

























.jpg)
.jpg)
.jpg)























































