Tramp bəyan edib ki, Taker Karlson artıq MAGA tərəfdarı deyil
ABŞ prezidenti Donald Tramp jurnalist Taker Karlsonun artıq MAGA (Make America Great Again) hərəkatına aid olmadığını bildirib. Oxuməni.az xəbər verir ki, O, bu barədə ABC News-un müxbiri Conatan Karla verdiyi müsahibədə deyib.
"Taker yolunu azıb. Mən bunu çoxdan başa düşmüşəm, o, MAGA tərəfdarı deyil. MAGA ölkəmizi xilas edir. MAGA ölkəmizi yenidən böyük edir. MAGA ilk növbədə Amerikadır, Taker isə bunların heç biri deyil. Və Takerin bunu başa düşmək üçün həqiqətən də ağlı çatmır", - Tramp bəyan edib.
“The New York Times” yazırdı ki, Taker Karlson ABŞ prezidentinin İrana hücuma qarşı çıxan azsaylı yaxın tərəfdarlarından biri olub. Nəşrin məlumatına görə, Karlson fevral ayında Ağ Evdə Trampla üç dəfə görüşüb və onu hücumdan çəkindirməyə çalışıb. O, prezidentə İranla müharibə olacağı təqdirdə Amerika hərbi personalı, enerji qiymətləri və ABŞ-ın regiondakı tərəfdaşları üçün risklər barədə danışıb.
Cavab olaraq Tramp riskləri bildiyini, lakin Karlsona İsrailin endirəcəyi zərbəyə qoşulmaqdan başqa çıxış yolu olmadığını başa salıb.
İrana hücum başladıqdan qısa müddət sonra Karlson bu hərəkətləri "tamamilə iyrənc və qəddar" adlandırıb. O, həmçinin bunun MAGA hərəkatında "güc balansına" əhəmiyyətli təsir göstərəcəyini güman edib.
Almaz Həsənli



























.jpg)


.jpg)
.jpg)
.jpg)

































.jpg)
.jpg)
.jpg)












