FT: ABŞ iki həftəlik İran zərbələri nəticəsində illərlə istifadə ediləcək sursat ehtiyatlarını tükədib

FT: ABŞ iki həftəlik İran zərbələri nəticəsində illərlə istifadə ediləcək sursat ehtiyatlarını tükədib

12:25
Bəyəndim (2) Bəyənmədim (0)


Donald Tramp administrasiyası İranla müharibənin başlanğıcından bəri illərlə istifadə ediləcək kritik sursat ehtiyatlarını tükədib. Oxuməni.az xəbər verir ki, bu barədə “Financial Times”, vəziyyətdən xəbərdar olan mənbələrə istinadən bidirib. Bu, o cümlədən "Tomahawk" uzaq mənzilli raketlərinə də aiddir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, Yaxın Şərqdəki müharibənin ilk 100 saatında ABŞ 168 "Tomahawk" raketi istifadə edib. "Bu, çox böyük rəqəmdir. Və onların yenidən təchiz olunması illər çəkəcək," - deyə bir ABŞ konqresmeni FT-yə bildirib.
Güman olunur ki, Pentaqon yaxın günlərdə Ağ Evə və Konqresə 50 milyard dollarlıq əlavə hərbi maliyyələşdirmə üçün rəsmi sorğu göndərəcək.
Tramp administrasiyası İranla müharibənin ilk altı gününü ən azı 11,3 milyard dollara qiymətləndirir. “Reuters” martın 11-də yazdığına görə, bu məlumatlar Konqresdə keçirilən qapalı brifinqdə təqdim olunub.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt martın 12-də bildirib ki, ABŞ silahlı qüvvələrinin prezident Trampın İran əleyhinə əməliyyat üçün qoyduğu "məqsədlərə nail olmaq" üçün "kifayət qədər" sursat və silahı var.
Almaz Həsənli