Əraqçi: İran Çin və Rusiya ilə hərbi sahədə əməkdaşlıq edir
İran Rusiya və Çini strateji tərəfdaş kimi görür və Tehran Pekin və Moskva ilə hərbi sahədə əməkdaşlığı davam etdirir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, MS Now televiziya kanalına verdiyi müsahibədə bildirib: "Rusiya və Çin bizim strateji tərəfdaşlarımızdır. Keçmişdə də sıx əməkdaşlığımız olub və bu, hərbi sahədə də davam edir. Təfərrüatları açıqlamayacağam".
17 yanvar 2025-ci ildə Kremldə danışıqlardan sonra Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian 20 il müddətinə Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzaladılar və sonrakı beş illik dövrlər üçün avtomatik olaraq yeniləndi. Saziş ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir və müdafiə, terrorizmə qarşı mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya da daxil olmaqla müxtəlif əməkdaşlıq sahələrində yeni üfüqlər açır.
Tərəflər Rusiya və ya İrana hücum halında təcavüzkarlara kömək etməməyi öhdələrinə götürüblər, lakin sənəddə sazişin tərəflərindən birinə silahlı hücum halında hərbi yardım nəzərdə tutulmayıb.
Əziz MUSTAFA







































































.jpg)
.jpg)
.jpg)








