Əfqanıstan və Pakistan sərhədində döyüşlər yenidən başlayıb
Cümə axşamı axşam, Kabil tərəfindən rəsmi sərhəd kimi tanınmayan Dürand xətti boyunca Əfqanıstan və Pakistan hərbçiləri arasında aktiv döyüşlər yenidən başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Seda-ye Əfqan" Telegram kanalı məlumat yayıb. Atışmalar cümə, aprelin 3-ü səhərədək davam edib.
Məlumata görə, Əfqanıstan İslam Əmirliyi qüvvələri Pakistan hərbçilərinin artilleriya atəşlərinə cavab olaraq Dürand xətti boyunca Xost və Paktia əyalətlərindən onların mövqelərinə hücum ediblər.
Kanalın məlumatına görə, hücumlar nəticəsində bir neçə Pakistan postu dağıdılıb, həmçinin düşmən tərəfində itkilər olub - azı üç Pakistan hərbçisi öldürülüb.
Martın 27-də məlum olub ki, martın 18-də qəbul edilmiş müvəqqəti atəşkəsin müddəti bitdikdən sonra Əfqanıstan-Pakistan sərhədində döyüşlər yenidən başlayıb. İlkin məlumata görə, Pakistan əsgərləri Naray və Sarkanı rayonlarına onlarla mərmi atıblar.
Almaz Həsənli







































.jpg)












































