Yaponiya müdafiə sənayesini gücləndirməkdə davam edəcək
Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkənin sırf müdafiə siyasətini davam etdirəcəyini bildirib. Bununla belə baş nazir ölkə konstitusiyasında dəyişiklik ediləcəyi təqdirdə hərbi strategiyada dəyişikliklər barədə şərh verməkdən imtina edib. Bu barədə Tokio simbunnəşriməlumat yayıb.
"Sırf müdafiə siyasəti mövcud konstitusiyanın ruhuna uyğundur və ölkəmizin müdafiə siyasətinin əsas diqqət mərkəzində qalır. Bu məsələ ilə bağlı mövqeyim də dəyişməyib", - deyə o, parlamentin yuxarı palatasının Büdcə Komitəsinin iclasında bildirib (RİA Novosti-dən sitat).
Bəyanat, hakim partiyanın ölümcül silah ixracına faktiki olaraq icazə verilməsi də daxil olmaqla, genişləndirilmiş müdafiə ixracını təsdiqləməsi ilə bağlı qanunvericilərin şərhlərinə cavab idi. Qanunvericilər baş nazirdən mümkün konstitusiya düzəlişi ilə əlaqə barədə şərh verməsini istədilər, lakin o, imtina etdi.
2014-cü ildən bəri Yaponiyada ölümcül silahların ixracını qadağan edən qaydalar mövcuddur. Elementlərin ixracına axtarış-xilasetmə əməliyyatlarında, nəqliyyatda, vəziyyətin monitorinqi və xəbərdarlıqlarında və mina təmizləməsində istifadə üçün icazə verilir.
Əziz MUSTAFA






















































.jpg)





























