Fyodor Şukin Dağıstan rəhbəri vəzifəsində Sergey Melikovu əvəz edəcək
Dünən Putin deputatlar, Dağıstan parlamentinin spikeri və Mahaçqala meri ilə görüşüb. Dövlət başçısı Melikovun başqa vəzifəyə keçdiyini elan edib və Dağıstan nümayəndələri respublika rəhbəri vəzifəsinə Fyodor Şukini təklif ediblər. Dövlət başçısı bu namizədliyi dəstəkləyib.
Oxuməni.az “İnterfax”a istinadla xəbər verir ki, Vladimir Putin bunu Dağıstan Respublikası Xalq Məclisinin nümayəndələri ilə görüşdə açıqlayıb.
Putin həmçinin Maqomed Ramazanovun Dağıstan hökumətinin sədri vəzifəsinə namizədliyini dəstəkləyib.
Fyodor Vyaçeslavoviç Şukin 4 avqust 1976-cı ildə Qorki vilayətinin (indiki Nijni Novqorod vilayəti) Poçinki kəndində anadan olub. O, 1997-ci ildə Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Hüquq fakültəsini, 2002-ci ildə isə Oqarev adına Mordoviya Dövlət Universitetini dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə bitirib.
15 fevral 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dağıstan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin edilib.
Almaz Həsənli
















.jpg)



































































