ABŞ Qrenlandiyada qeyri-müəyyən müddətə hərbi mövcudluq istəyir
Vaşinqton Qrenlandiya ilə bağlı hərbi sazişin yenidən nəzərdən keçirilməsi danışıqları zamanı irəli sürdüyü tələblər barədə xəbər yayılıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat verib. Məlumata görə, Birləşmiş Ştatlar müqaviləyə, hətta ada Danimarkadan tam müstəqillik qazansa belə, orada qeyri-müəyyən müddətə hərbi mövcudluğu təmin edən bir bəndin daxil edilməsini tələb edir.
Müsahibə verən ABŞ, Danimarka və Qrenlandiya rəsmilərinin fikrincə, bu manevr ərazinin siyasi gələcəyindən asılı olmayaraq strateji dayaq nöqtəsini möhkəmləndirməyə yönəlib. Hərbi komponentdən əlavə, Vaşinqton adanın iqtisadiyyatına ediləcək hər hansı böyük xarici investisiyaya veto hüququ tələb edir, bunu geosiyasi rəqibləri cilovlamaq zərurəti ilə əlaqələndirir, həmçinin neft, uran və nadir torpaq elementləri yataqlarının işlənməsində birbaşa maraq göstərir.
Nuuk və Kopenhagen bu tələbləri artıq suverenliyə kobud müdaxilə kimi qiymətləndirir ki, bu da qrenlandiyalıların gələcək nəsillərinin əllərini bağlaya bilər və bu, ada sakinlərinin öz taleyini müstəqil müəyyənləşdirmək hüququ barədə rəsmi ritorikaya ziddir.
Almaz Həsənli








.jpg)










































































