Tramp Zelenskinin Rusiya-Ukrayna müharibəsindəki hərəkətlərini tərifləyib

Tramp Zelenskinin Rusiya-Ukrayna müharibəsindəki hərəkətlərini tərifləyib

11:12
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsindəki hərəkətlərini tərifləyib. Oxuməni.az xəbər verir ki, iyunun 24-ü Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında jurnalistlərlə söhbət edən Amerika lideri deyib: "Ən azından o, dözür. Hər iki tərəfdən çoxlu insan ölür, amma düşünürəm ki, onun işləri kifayət qədər yaxşı gedir."
Tramp bu sözləri jurnalistin "ABŞ prezidenti Zelenskinin hazırda qalib gəldiyini düşünür?" sualına cavab olaraq deyib.
AFP agentliyi xatırladır ki, keçmişdə Tramp dəfələrlə Zelenskini tənqid edərək, onu, o cümlədən, münaqişənin sülh yolu ilə həlli səylərini əngəlləməkdə ittiham edib.
Daha əvvəl ABŞ "Böyük Yeddilik"in digər üzvləri ilə birlikdə Moskvaya qarşı sanksiyaların gücləndirildiyini elan etmişdi. İyunun 15-17-də Fransada keçirilən G7 sammitinin kuluarlarında Donald Tramp təşkilatın digər üzv ölkələrinin liderləri, eləcə də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Trampın sözlərinə görə, "çox yaxşı" keçən bu görüşdən sonra ABŞ prezidenti Rusiyanın Ukrayna ilə sülh bağlamalı olduğu fikrini ifadə edib və bunun üçün "əlindən gələni edəcəyini" əlavə edib.
Almaz Həsənli