Viktor Osimhenin "Mançester Yunayted"ə transferi baş tutmayıb
"Qalatasaray"ın ulduz oyunçusu Viktor Osimhenlə maraqlanan İngiltərə nəhəngi "Mançester Yunayted" transferin mümkün olmadığını bildirdi. Bu barədə Oxuməni.az Türkiyə mətbuatına istinadən məlumat verib.
İngilis klubunun transfer hədəfləri arasında tez-tez adı çəkilən nigeriyalı hücumçudan klub rəhbərliyi rəsmi şəkildə imtina edib. Mançester Evening News-un yazarı Tyrone Marshall bu məsələ ilə bağlı əhəmiyyətli bir açıqlama verərək, "Mançester Yunayted"in hücum xəttini gücləndirmək istədiyini, lakin Viktor Osimhenin transferinin real olmadığını bildirdi.
"Mançester Yunayted"ə bu transferin qarşısındakı əsas maneələr Osimhenin astronomik azad etmə bəndi və Türkiyədə aldığı yüksək maaş olub.
"Qalatasaray" komandasına qoşulduğu gündən bəri ulduz iki mövsüm ərzində bütün yarışlarda 74 oyun keçirib, 59 qol vurub və 16 məhsuldar ötürmə edib.
Əziz MUSTAFA

























.jpg)


























































