Ozon satıcılara mallarını Qazaxıstanda yerləşdirməyi təklif edib

Ozon satıcılara mallarını Qazaxıstanda yerləşdirməyi təklif edib

13:17
Bəyəndim (1) Bəyənmədim (0)

"Ozon" marketpleysi satıcılara mallarını Almatı və Astanadakı anbarlarında yerləşdirməyi təklif edib. Şirkət bunun hesabına Qazaxıstan və Qırğızıstandakı alıcılara çatdırılmanı sürətləndirməyi, həmçinin orada yerləşdirilən malları Rusiyadakı müştərilərə göndərməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə marketpleys özünün "Telegram" kanalında məlumat yayıb.

Sentyabrın 30-dək "Ozon" malların Almatı və Astanadakı logistika mərkəzlərinə daşınması üçün ödəniş almayacaq. Şirkət tədarük həcminə heç bir məhdudiyyət qoymur; anbarlarda, o cümlədən iriqabaritli malları da yerləşdirmək mümkündür. "Ozon"un iddiasına görə, satıcılardan Qazaxıstana tədarük üçün əlavə sənədlər tələb olunmayacaq.

Qeyd edək ki, Ukrayna hərbçiləri 2026-cı il avqustun 22-nə keçən gecə ilk dəfə "Ozon"un anbarına hücum edib. Hədəf marketpleysin Samara vilayətindəki ən böyük qovşağı olub. Sonradan şirkətin Orenburq və Belqorod vilayətlərindəki, Adıgey, Dağıstan, Tatarıstan və Stavropol diyarındakı anbarları da hücumlara məruz qalıb.

Korrupsiya ilə Mübarizə Fondunun məlumatına görə, "Ozon"un səhmlərinin təxminən 35%-i benefisiarı sahibkar Aleksandr Çaçava olan "O23" şirkətinə məxsusdur. Araşdırmaçılar iddia edirlər ki, səhmdar şirkət milyarder Gennadi Timçenkonun strukturları ilə bağlıdır. Səhmlərin daha təxminən üçdə biri milyarder Vladimir Yevtuşenkovun "AFK Sistema" şirkətinə, qalan hissəsi isə minoritar səhmdarlara məxsusdur.

Almaz Həsənli