İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib

İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib

10:22
Bəyəndim (1) Bəyənmədim (0)

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezayi Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını bəyan edib. Oxuməni. az xəbər verir ki, onun sözlərini "Press TV" telekanalı sitat gətirir.

Möhsün Rezayi, həmçinin ABŞ prezidenti Donald Trampın boğazdan maneəsiz keçidlə bağlı bəyanatlarını "abırsız yalan" adlandırıb. O əlavə edib ki, İran Amerika tankerlərinə zərbələr endirir, lakin onları batırmır. "İran qaçaqmalçılıqla məşğul olan Amerika gəmilərini batırmamaq qərarına gəlib, çünki onlar neft daşıyırlar və bu, regionun ətraf mühitinə zərər verərdi", - deyə o bildirib.

Almaz Həsənli