Qərb Ermənistandan Rusiya ilə viza rejimi tətbiq etməyi tələb edir
Qərb Ermənistandan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyi tələb edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbəyə istinadən yazır.
Rusiya XİN-i daha əvvəl bildirmişdi ki, Yerevanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Moskva əleyhinə deyil, Ermənistanın öz vətəndaşlarına qarşı yönələcək. Hraparak.am bunu xatırladıb.
“Lakin hakimiyyətdəki mənbələrimiz bildirirlər ki, əslində məhz Qərb Ermənistandan Rusiya ilə viza rejimi tətbiq etməyi tələb edir. Üstəlik, onların sözlərinə görə, bu, ilkin şərtlərdən biridir və bu şərt yerinə yetirildikdən sonra Aİ perspektivdə Ermənistan üçün viza rejimini liberallaşdıra bilər”, — deyə nəşr yazır.
Mənbənin sözlərinə görə, proses 2029-cu ildə başlayacaq.
Nəşrin mənbəsinin bildirdiyinə görə, tələblərdən biri də Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın dövlət vəzifələrindən birinə təyin edilməsidir.
Onun sözlərinə görə, Qərb tərəfi Rusiya təsirinin əhəmiyyətli olaraq qaldığı Müdafiə Nazirliyinə və ya Milli Təhlükəsizlik Xidmətinə “öz adamını” təyin etməyi təklif edir.
Almaz Həsənli




















































































