Nepalda sürüşmə və daşqın nəticəsində ölənlərin sayı 1100-ü keçib

Nepalda sürüşmə və daşqın nəticəsində ölənlərin sayı 1100-ü keçib

12:18
Bəyəndim (1) Bəyənmədim (0)

Nepalda baş verən sürüşmə və daşqın nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Hindu" qəzeti məlumat verib.

Polis məlumatlarına əsasən, artıq 1113 nəfərin şəxsiyyəti müəyyən edilib, onlardan 95-nin cənazəsi yaxınlarına təhvil verilib. Zərərçəkmiş bölgələrə 7,9 mindən çox polis əməkdaşı göndərilib. Onlar axtarış-xilasetmə əməliyyatlarının aparılması, humanitar yardımın paylanması və tapılan cənazələrlə bağlı işlərin təşkilinə cəlb olunublar.

Daşqın avqustun 26-da Lanqtanq-Lirunq dağındakı buzlağın qismən uçması nəticəsində baş verib. Buz kütləsi Lxende-Kxola çayının dərəsinə uçaraq çay yatağının qarşısını kəsib. Yaranan sel suları Nepalda və Çinin Tibet Muxtar Rayonunda dağıntılara səbəb olub. Təxminən 4 min nəfər itkin düşmüş hesab olunur.

Almaz Həsənli