Vitkoff və Kuşnerin Moskva və Kiyevə səfər tarixləri məlum olub
ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın günlərdə Moskvaya gələcəklər. Oxuməni.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Dövlət agentliyinin həmsöhbəti bildirib: "Onlar əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə gəlməyi planlaşdırırlar, bu, sentyabrın 5-6-na təsadüf edir".
Sentyabrın 3-ü axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin nümayəndələrinin yaxın günlərdə səfər edəcəyini açıqlamış, lakin onların adlarını açıqlamamışdı. O, həmin vaxt səfərin Moskvaya da olacağını dəqiqləşdirmişdi.
ABŞ prezidenti Donald Tramp iyulun sonunda Vitkoff və Kuşnerin "yaxın günlərdə" Ukraynaya səfər edəcəklərini bildirmişdi.
Almaz Həsənli
Digər xəbərlər




















































































