Almaniya Şimali Atlantik Okeanında İsrail istehsalı olan ballistik raketi sınaqdan keçirib

Almaniya Şimali Atlantik Okeanında İsrail istehsalı olan ballistik raketi sınaqdan keçirib

14:00
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya Şimali Atlantik Okeanında İsrail istehsalı olan ballistik raketi sınaqdan keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyinin məlumatında deyilir. Sınaqdan keçirilən raket İsrail Aerokosmik Sənayesi tərəfindən hazırlanıb və 500 kilometrə qədər mənzilə malikdir.

Almaniya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Yan-Kristian Kaak deyib: "Bölmələrimiz sistemi uğurla yerləşdirə bilər və onun potensial mənzili əvvəllər gördüyümüz hər şeyi üstələyir... Almaniyanı və müttəfiqlərimizi müdafiə etmək baxımından bu sınaq çəkindirmə və dəniz müdafiəsi hazırlığında yeni bir fəsil açır".

Raket sınağı Almaniyanın Rusiyanı Leypsiq hava limanına dron hücumuna cəhd etməkdə açıq şəkildə ittiham etməsindən bir neçə saat sonra baş tutub.

Əziz MUSTAFA.