Dünyanın ən yaxşı pensiya sistemi Hollandiyadadır

Dünyanın ən yaxşı pensiya sistemi Hollandiyadadır

20 Oktyabr 2023 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Təhlil nəticəsində dünya üzrə 47 pensiya sistemini sıralanıb və pensiya müavinətlərinin səviyyəsi, sistemin davamlılığı və idarəetmə keyfiyyəti də daxil olmaqla əllidən çox meyar araşdırılıb.

Dünya üzrə pensiya sistemlərini müqayisə edən hesabatda vurğulanır ki, Hollandiyada pensiya sistemində hazırda islahatlar aparılsa da, digər ölkələrdən irəlidədir.

«CFA» İnstitutu qlobal pensiya hesabatında 50-dən çox göstəricini araşdırıb və dünya əhalisinin 64%-ni əhatə edən 47 pensiya sistemini müqayisə edib.

Ən mühüm ölçülər özəl və dövlət sektorunda mövcud pensiya müavinətlərinin səviyyəsi, sistemin gələcək davamlılığı və idarəetmənin keyfiyyəti olub. 2023-cü il indeksində İslandiya keçən il birinciliyini itirərək ikinci, Danimarka isə üçüncü yeri tutub.

Hesabata daxil edilən Avropa ölkələrinin əksəriyyəti yaxşı reytinq alıb. Hesabata görə, Finlandiya, Norveç, İsveç, İsveçrə, İrlandiya, Belçika, Portuqaliya və Almaniyada yalnız bir neçə təkmilləşdirməyə ehtiyac var. Hollandiyada isə pensiya sistemində hazırda birinci yerdədidr.

Murad Şahməmməd